“Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinə start verir.

“Nizami Gəncəvi ili”nə həsr olunan layihə çərçivəsində dahi Nizamin irsi haqqında Azərbaycanda və dünyada aparılan tədqiqat işləri, elmi araşdırmalar, eləcə də ədibin dünyanın bir sıra aparıcı kitabxanalarında müxtəlif dillərdə mövcud olan əsərləri və haqqında yazılmış nəşrlər haqqında biblioqrafik məlumatlar ictimaiyyətə təqdim ediləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihənin ilk sayında UNEC KİM ABŞ-ın Konqres Kitabxanasında  mövcud olan məlumatları təqdim edir. KİM-in axtarışına əsasən, Konqres Kitabxanasında Nizami Gəncəvi irsinə dair 329 əsərin biblioqrafik yazısı əldə edilib. Həmin əsərlər Bakı, Nyu York, London, Paris, Roma, Stokholm, Leyden, Moskva, Sankt-Peterburq, Daşkənd, Dehli, Düşənbə, Tehran şəhərlərində müxtəlif dillərdə nəşr edilmiş və yazıya alınmışdır.

Araşdırma zamanı məlum oldu ki, Konqres Kitabxanasında mühafizə olunan ən qədim əlyazma XVIII əsrə məxsus (təx.1750), fars dilində Hindistanda yazıya köçürüldüyü ehtimal edilən “İskəndərnamə” əsəridir. Ən yeni nəşr isə 2021-ci ildə Nyu Yorkda nəşr edilmiş “Leyli və Məcnun” əsəridir. Qeyd edək ki, burada audio nəşrlər də yer alıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma