KOB subyektləri üçün vebinar keçiriləcək

Fevralın 17-də, saat 11:00-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə dair məlumatlandırıcı vebinar keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbirin təşkilində məqsəd fevralın 17-də start veriləcək müsabiqənin şərtləri, lazım olan sənədlər, layihənin qiymətləndirilməsi prosesi, dəstək məbləği barədə KOB subyektlərini məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaqdır.

KOB subyektləri aşağıda qeyd olunan linkə daxil olmaqla vebinarda iştirak edə bilərlər: 

https://us02web.zoom.us/j/81428696454?pwd=WWh0K2RDeFBwbDkvZlBvUjVZY3U0QT09

İD: 814 2869 6454

KOD: 288753

Məlumat üçün bildirək ki, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi prosesinə start verilir. Bu məqsədlə fevralın 17-dən etibarən KOBİA tərəfindən elan edilmiş müsabiqəyə sənədlərin qəbuluna başlanılır. Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarına uyğun olaraq müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır. Müsbiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə formasını və lazım olan digər sənədləri 17 mart 2021-ci il tarixinədək Agentliyə elektron formada və ya birbaşa təqdim edə bilərlər (ətraflı məlumat üçün – https://bit.ly/36WhTcq). Müsabiqənin nəticələri barədə məlumat 19 aprel 2021-ci il tarixindən sonra KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdiriləcəkdir. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma