Bakı, Sumqayıt və Abşeronda V-IX sinif şagirdləri əyani dərsdə – FOTO

 Fevralın 15-dən Bakı, Sumqayıt və Abşeronda yerləşən ümumi təhsil müəssisələrinin V-IX siniflərində ənənəvi tədris forması qismən bərpa olunub. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gün Bakı üzrə 225 692 nəfər, Sumqayıt üzrə 27 675 nəfər, Abşeron üzrə isə 29 216 nəfər V-IX sinif şagirdi  məktəbə gedib. 

Bu günə dair məktəblərdən çəkilmiş görüntüləri diqqətinizə çatdırırıq.

Sözügedən bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə,  I-IV siniflərdə həftədə 3 dəfə,  V-IX siniflərdə həftədə 2 dəfə olmaqla ənənəvi şəkildə təşkil ediləcək. Xüsusi məktəblərdə isə  I-IX siniflər üzrə tədris həftədə 5 dəfə olmaqla bərpa edilir.

Bu gündən məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) də fəaliyyəti bərpa olunur.

Qeyd edək ki, sözügedən bölgələr istisna olmaqla, digər şəhər və rayonlarda 8 fevral tarixindən V-IX siniflərdə ənənəvi tədris forması qismən bərpa olunub. Ölkə üzrə ibtidai siniflər və məktəbəhazırlıq üçün ənənəvi tədris isə 1 fevral tarixindən qismən davam etdirilir.

Leave a Reply