MilliÖN hansı elektrik enerjisi istifadəçilərindən 1 manat xidmət haqqı çıxır?

Milliön şəbəkəsinin administrasiyası elektrik enerjisi ödənişlərinə dair yayılan məlumatlara dair açıqlama yayıb.

TIME bildirir ki, məlum olduğu kimi, ödəniş terminalları şəbəkəsi administrasiyası istifadəçiləri yetərincə məlumatlandırmadan və ya xəbərdarlıqsız korporativ müştərilərdən xidmət haqqı tətbiq etmək qərarına qəlib və korporativ müştərilər narazılıqlarını sosial şəbəkələrdə ifadə etdikdə ölkə əhalisi xidmət haqqının bütün istifadəçilərdən tutulduğu qərarına gələrək haqlı olaraq etirazlarını bildiriblər.

Şəbəkə administrasiyası açıqlamada qeyd edib ki, fevralın 1-dən etibarən Milliön ödəniş terminalları şəbəkəsində “Azərişıq” ASC-nin qeyri-əhali abunəçi qrupu üzrə elektrik enerjisi sərfiyyatı ödənişi məbləğinə əlavə olaraq 1 (bir) AZN ödəniş xidmət haqqı tətbiq edilib:

“Əlavə olaraq vurğulayırıq ki, bu qrupa kafe, restoran, mağaza, fabrik, zavod və s. tipli istehsal, kommersiya, xidmət və s. təyinatlı obyektlər aiddir. Əhalinin qrupu üzrə elektrik enerjisi sərfiyyatına görə ödənişlərdən isə əvvəllər olduğu kimi heç bir xidmət haqqı tutulmur. Əhali qrupu ödənişləri əvvəlki qaydada, heç bir əlavə komissiya olmadan davam etdirə bilərlər. Əlavə olaraq bildiririk ki, xidmət haqqı “Azərişıq” ASC tərəfindən deyil, MilliÖN tərəfindən tətbiq edilib”.

Elektrik enerjisi ödənişlərinə dair yayılan məlumatlara dair açıqlama: Nəzərinizə çatdırmaq istəyirik ki, 10.02.2020…

Опубликовано MilliÖN Пятница, 12 февраля 2021 г.

Leave a Reply