Azərbaycan və Türkiyə müdafiə nazirləri yeni nəsil texnika və avadanlıqla tanış olublar – VİDEO

Yeni nəsil texnika və avadanlıq Azərbaycan və Türkiyə müdafiə nazirlərinə Qarsda keçirilən “Qış tətili-2021” birgə təlimləri çərçivəsində nümayiş edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın və Türkiyə Silahlı Qüvvələrinin komandanlıq heyətinin iştirakı ilə Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Əvvəlcə iki qardaş ölkənin müdafiə nazirlərinə “Qış təlimi-2021” birgə təlimləri barədə raport verilib.
Sonra nazirlər yeni nəsil texnika və avadanlıqla, eləcə də hərbi ambulanslarla tanış olub, sığınacaqlara baxış keçiriblər.

Qeyd edək ki, bu gün Türkiyə Milli Müdafiə Nazirliyi Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərdən yeni görüntülər paylaşıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma