Uşağınız indi nə edir? – VİDEO

Gələcəyimiz olan uşaqların dünyanı kəşf etməyə, öyrənməyə marağı və əyləncə istəyi həm də onların ətrafdakı təhlükələrdən hələ ki, xəbərsiz olması ilə müşayiət olunur. Valideynin nəzarətindən kənar olan uşaqlar real təhlükələrlə üz-üzə qalır, bir sıra hallarda onların sağlamlığı və həyatı təhlükə altına düşür.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin uşaq təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, azyaşlıların küçədə, nəqliyyat vasitələrində, müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq.

Leave a Reply