Novruz bayramı ərəfəsində çərşənbələr hansı tarixlərdə olacaq? -TƏQVİM

Azərbaycan xalqının böyük səbirsizliklə gözlədiyi Novruz Bayramı qədimdən bir ay 20 gün əvvəl hazırlaşırdılar və bu hazırlığın ilk mərhələsi “Yalançı çərşənbə” ilə başlayırdı.

Qədim ənənələrə uyğun olaraq ilk çərşənbə fevral ayının son çərşənbəsi qeyd edilir. Ondan öncə isə “Yalançı çərşənbə” qeyd edilir, o bu il fevralı 20-də qeyd ediləcək. Qədim inanclara görə, yalançı çərşənbə doğruçu çərşənbənin gəlişinə zəmin hazırlayır, onun gələcəyini xəbər verir.

“Yalançı çərşənbə” günü evlərdə adətən digər çərşənbələrdən fərqli olaraq xüsusi yeməklər hazırlanmır və bu gün adına uyğun şəkildə qeyd edilər. “Yalançı çərşənbədə” doğruçu çərşənbələrdə olduğu kimi şəhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz, sadəcə kiçik od qalana bilər.

Xalqımızın “yaman günün ömrü az olar” prinsipi ilə yanaşsaq bu elə bir zaman aralığıdır ki, artıq qış fəslinin təbiətə qədəm basmasından da təxminən qırx gün ətrafında bir müddət ötür və “yaman günlər” geridə qalır. Daha sonra isə dörd “Doğruçu çərşənbələrə” sıra gələcək.

Belə ki, bu ilin Novruz Bayramının ilk “Doğruçu çərşənbəsi” fevralın 27-ə düşür və bu “Su çərşənbəsi” olacaq, sonrakı çərşənbələr isə ardıcıllıqla martın 5-i “Od Çərşənbəsi”, martın 12-i “Yel Çərşənbəsi”, martın19 “Torpaq Çərşənbəsi” qeyd ediləcək.

Bayram isə martın 20-də qeyd olunacaq. Bayram günləri isə bu il rəsmi “İstehsalat təqviminə” və dövlət qanunlarına əsasən ardıcıl 6 gün qeyd ediləcək və bu günlər, martın 20-dən 26-dək, qeyri iş günü olacaq.

Leave a Reply