Azərbaycan Ordusu Türkiyədə “Qış təlimi-2021” iştirak edir – VİDEO

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının qardaş Türkiyə Respublikasında keçirilən “Qış təlimi-2021”dən yeni video görüntülərdə hərbçilər tanklar və toplarla tapşırıqlar yerinə yetirirlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qış təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.

Hava desantı qruplarımız paraşütlərlə təyin olunmuş təlim rayonuna endirilir. Çətin qış şərtlərində zirehli texnikaların ekipajları döyüş əməliyyatları zamanı tankların və piyadaların döyüş maşınlarının tətbiqi ilə müxtəlif manevrlər və atışlar həyata keçirirlər. Hücum və yerdəyişmə edən qoşunlarımızın maneəsiz hərəkəti mühəndis bölmələri tərəfindən təmin edilir.

Türkiyə Milli Müdafiə Nazirliyi  Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərdən yeni görüntülər yayımlayıb.

Təlimlərin növbəti mərhələsində tanklar və toplar ilə tapşırıqlar icra olunub. Təlimlər fevral ayının 12-dək keçiriləcək.
Qeyd edək ki, “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma