Koronavirusun yayılma səviyyəsi, vaksinasiyanın fəsadları və COVID-19 yeni növü

Son statistik məlumatlara əsasən koronavirusa yoluxma səviyyəsinə görə Bakı hələdə yüksək riskli zona olaraq qalır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda koronavirusa yoluxanların 52,2% Bakı şəhərinin payına düşür.

Rəsmi statistika

Bakı şəhəri üzrə ən çox yoluxma halları Binəqədi, Xətai və Yasamal rayonlarında qeydə alınıb, bu rayonlarda müvafiq olaraq yoluxma payı 15,1%, 13,1% və 12,2% təşkil edir.

Virusa yoluxma hallarının sayına görə 10,8% Sabunçu, 7,8% Nəsimi, 8,1% isə Narimanov rayonlarında, 7%  Nizami, 6,9% Xəzər, 5,3% Qaradağ, 5% Səbail rayonlarında qeydə alınıb. Bakı və Abşeron yarımadasında ən az yoluxma halı Pirallahı rayonunda olub.

Ölkə üzrə Baklıdan sonra ikinci ən çox yoluxma halları Aran zonasındadır. Bu ərazidə yoluxma səviyyəsi 13,3% təşkil edib. Abşeron rayonu yoluxmaya görə 12,9% 3-cü yerdə, Gəncə-Qazax zonası isə 8,1% yoluxma səviyyəsinə görə 4-cü yerdədir.

Şimal rayonları virusa qarşı daha davamlıdırlar, lakin burada da virusun yayılma dərəcəsi ötən ilə nisbətən artıb, belə ki, yoluxma hallarının  3%-i Quba-Xaçmaz, 3,2%-i – Şəki- Zaqatala, 1,4% -i Yuxarı Qarabağ bölgəsi, 2,5%-i Dağlıq Şirvan ərazilərində qeydə alınıb. Lənkəran rayonunda isə ötən ilin gösrtəricilərinin əksinə azalma müşahidə olunub, burada yoluxma hallarının sayı 2,9%-dək azalıb. Ölkə üzrə ən aşağı virusa yoluxma səviyyəsi Naxçıvanda müşahidə olunur, belə ki, son statistikaya görə koronavirusa yoluxma halı burada cəmi 0,005%-dir.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların 21% 50-59 yaş arasında, 18% 30-39 yaş arasında olan insanlardır. Yoluxanların 5%-i 9 yaşadək uşaqlar, 2%-i isə 80 yaşdan yuxarı ahıl insanlardır. Ölkəmizdə yoluxanlar arasında qadınlar çoxluq təşkil edir, belə ki, qadınların payına yoluxanların 54%-i düşür, qalan 46%-i isə kişilərdir.

Vaksinasiya prosesi

Rəsmi məlumata əsasən, Azərbaycanda artıq 65 mindən artıq insan COVİD-19 qarşı peyvənd olunub.

Bu gündən etibarən 65 yaşdan yuxarı insanların vaksinasiyasına start verilib. TƏBİB-in verdiyi məlumata əsasən koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir deyə onların yaxın 6 ay ərzində peyvənd olunması nəzərdə tutulmur.

6 aydan sonra tibbi cəhətdən qandakı anticisimlərin zəiflədiyi nəzərə alınaraq, vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qrupuna aiddirsə, peyvənd oluna bilər.

Qeyd edək ki, dünya üzrə bugünədək koronavirusa qarşı 132 milyona yaxın şəxs və ya dünya əhalisinin 1,7% koronavirusa qarşı peyvənd olunub.

Bu insanların 42 milyonu ABŞ-da, 31,2 milyonu Çində, 12,6 milyonu isə Böyük Britaniyada peyvəndlənib.

İsrail əhali sayına görə peyvənd olunanların sayı üzrə lider ölkələr sırasındadır. Bu ölkədə əhalinin 5,54 milyonu və ya 62,4% peyvənd olunub. Bu siyahıda ikinci yeri Birləşmiş Ərəb Əmirlikləri (44,8%), üçüncü yeri Seyşel adaları (40,5%) yer alıb.

Peyvəndin fəsadları

Ekspertlərin sözlərinə əsasən, peyvənd vurdurduqdan sonra yüngül qızdırma, halsızlıq kimi əlamətlərin müşahidə edilməsi vaksinin  orqanizmə yaxşı təsir etdiyini və orqanizmdə qoruyuculuğun yüksək səviyyədə əmələ gələcəyini göstərir.

Peyvənd vurulduqdan sonrakı 24-48 saat ərzində orqanizmdə müşahidə edilən yüngül qızdırma və halsızlığı bəziləri yan təsirlər olaraq, hesab edirlər. Bunlar yan təsirlər deyil, peyvəndə aid normal əlamətlərdir.

Şəkər, hipertoniya, böyrək çatışmazlığı kimi xəstəliklər ölkəmizə gətirilən peyvəndlərin tətbiqi üçün əks-göstəriş deyil. Lakin peyvənd vurdurmaq istəyən şəxslərdə daha əvvəl bu cür peyvəndlərə qarşı ciddi allergik reaksiya olubsa bu əks-göstərişdir.

COVİD-19-un yeni növü

Ekspertlərin sözlərinə əsasən, COVİD-19-un klinik təzahürləri barəsində fikirlər pandemiyanın 6-cı ayından sonra tam aydınlaşmağa başlayıb və virusun “köhnə” variantına indi də yeni-yeni klinik təzahürlər əlavə olunur. Bu səbəbdən İngiltərədə, Brazilayada qeydə alınan mutant virusların klinik şəklinin necə olacağı barədə danışmaq çox tezdir. İndi virusun hansı yaş qrupuna daha çox təsir edəcəyi, hansı orqanın yoluxma zamanı daha üst səviyyədə olacağı barədə fikir söyləmək mümkün deyil. İlk mülahizələr budur ki, yeni koronavirus növünün daha sürətlə yayılma potensialı var. Amma xəstəliyin ağırlıq dərəcəsi ilə bağlı hələ bir fikir irəli sürülməyib.

Virusun mutasiya etməsindən asılı olmayaraq, ehtiyat tədbirləri hər zaman olduğu kimi yenə də görülməlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma