Alman lüteran kilsəsi Şəmkirdə – VİDEO/FOTO

Azərbaycan Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Şəmkirdə 1909-cu ildə əsası qoyulmuş Alman lüteran kilsəsinin video görüntülərini təqdim edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi Azərbaycanın Şəmkir şəhərində yerləşir.

Məkan 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.

Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildə həyata keçirilmişdir və abidə kimi qorunur.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə tarixən 6 lüteran kilsəsi olub. Bu Alman lüteran kilsəsi (Gədəbəy), Alman lüteran kilsəsi (Gəncə), Alman lüteran kilsəsi (Şamaxı), Alman lüteran kilsəsi (Şəmkir), Xilaskar kilsəsi (Bakı), Müqəddəs İohann kilsəsi (Göygöl) kimi kilsələrdir. Onların bəziləri almanlar Azərbaycandan köçəndən sonra pravoslav xristianların istifadəsinə verilib, bəziləri tarixi abidə və mədəniyyət ocaqları kimi qorunub saxlanılır və fəaliyyət göstərir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma