Maliyyə Nazirliyi kontrsiklik büdcə siyasəti həyata keçiriləcək

Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda geniş kollegiya iclası keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, maliyyə naziri Samir Şərifov 2020-ci ilin sosial-iqtisadi yekunları haqda bəhs edərək qeyd edib ki, bütün dünya dövlətləri kimi Azərbaycan iqtisadiyyatı da ötən il koronavirus pandemiyası sınağı ilə üzləşib.

Qlobal pandemiya, onunla mübarizə məqsədilə tətbiq edilən məhdudiyyətlər, iqtisadi fəallığın zəifləməsi və istehlak tələbinin daralması, neft hasil edən ölkələr tərəfindən hasilatın azaldılması barədə qəbul edilən qərarlar ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Lakin, görülən sistemli və kompleks tədbirlər nəticəsində xarici mənşəli şoklar səbəbindən dünyada baş verən tənəzzülün ölkəmizdə kəskin fazaya keçməsinin qarşısı alınıb. 

2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin cari il üçün qarşıya mühüm vəzifələr qoyduğunu vurğulayan Kollegiyanın sədri Samir Şərifov bildirib ki,  işğaldan azad olunmuş ərazilərdə artıq icrasına başlanılmış bərpa-yenidənqurma və quruculuq işlərinin aparılması,  iqtisadiyyatın artım tempinin bərpa edilməsi, iqtisadi fəallığa təkan verilməsi, koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, o cümlədən peyvəndləmə prosesinin başa çatdırılması, post-pandemiya dövründə də ölkə iqtisadiyyatının canlandırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən proqramların, iqtisadi və sosial dəstək tədbirlərinin maliyyə təminatının yaradılmasıdır. 
Bununla əlaqədar 2021-ci ildə kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi qərara alınıb, dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artırılıb ki, bu tədbirlər hesabına da ölkədə həm iqtisadi fəallığın təşviqi, həm də Qarabağın yenidən qurulması və ölkə iqtisadiyyatına re-inteqrasiyasının təmin edilməsi maliyyələşdiriləcəkdir.

İclasda 2020-ci il ərzində mühasibat uçotu sahəsində görülmüş işlər barədə məruzə dinlənilib, mühasibat uçotu sahəsində beynəlxalq standartların tətbiqi və qanunvericilik aktlarının həmin standartlara uyğunlaşdırılması məqsədilə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi, bəzilərinin yenidən hazırlanması və təsdiq olunması, habelə qüvvədə olan qanunvericilik aktlarının icrası ilə əlaqədar işlərin ardıcıl şəkildə davam etdirildiyi bildirilib. Qeyd olunub ki, Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqi istiqamətində “Kiçik sahibkarlıq subyektləri üçün praktiki mühasibatlıq” və “Orta və iri sahibkarlıq subyektləri üçün praktiki mühasibatlıq” mövzuları üzrə təlim modulları və materialları internet saytları və sosial şəbəkələr vasitəsilə yayılaraq, uçot işçilərinə və mühasiblərə çatdırılıb.

Kollegiya iclasının yekununda müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.
 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma