Dr. Özgür Bolatla təhsildə yeni çağırışlardan danışılacaq

Bu gün, 5 fevral, saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, budəfəki buraxılışın qonağı tanınmış alim, təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat olacaq. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqram çərçivəsində baş tutacaq görüşü qeyd edilən vaxtda Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

Görüşdə Dr. Özgür Bolatın verdiyi seminarların əsas mövzuları olan effektiv öyrənmə mühiti, öyrənən və öyrədənlərin motivasiyası, istedadın inkişafı, təhsil liderliyi, xoşbəxt və uğurlu fərd yetişdirməyin təcrübəsi müzakirə ediləcək, eləcə də gələcəyin məktəb modellərindən danışılacaq.

Dr. Özgür Bolat Kembric (doktorantura), Harvard (magistratura), Boğaziçi (bakalavr) universitetlərinin təhsil fakültələrindən kafedra birincisi olaraq məzun olub. O, həmçinin MIT Sloan İdarəetmə məktəbində (MIT Sloan School of Management) liderlik ixtisası üzrə doktorantura dərsləri alıb və orada tədqiqatlar aparıb. Müəllifi olduğu “Məni mükafatla cəzalandırma” adlı kitabı təxminən 500 min ədəd satılıb. Valideynlər məktəbinin (Anne-Baba okulu) yaradıcısıdır. Dr. Özgür Bolat ilə rəhbəri və icraçısı olduğu “Lider müəllimlər”,“Özünə inam” və “Google” ilə “Rəqəmsal valideynlik” kimi layihələr, “İstedadı İdarəetmə Testi”,  “Parentwiser” mobil tətbiqi haqqında da  danışılacaq.

Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın bundan öncəki qonaqları dünyaca məşhur “Khan Academy”nin qurucusu və CEO-su Sal Khan və Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus olub. “Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un “Facebook” səhifəsindən ( https://www.facebook.com/tnetwork.az  ) tanış ola bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma