Daha bir marşrut üzrə sərnişindaşımalar “BakuBus”la həyata keçiriləcək

Sabahdan daha bir marşrut üzrə “BakuBus” avtobusları ilə sərnişindaşımalar həyata keçiriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, dövlət başçısının tapşırığına əsasən qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində aparılan işlər çərçivəsində fevralın 5-dən 32 nömrəli müntəzəm marşrut xətti (“28 May” metrostansiyası-“8-ci kilometr” ərazisi) üzrə sərnişindaşımaları ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik “BakuBus” MMC-yə məxsus avtobuslarla icra ediləcək. 
Dəyişiklik sayəsində 32 nömrəli marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq. 
Qeyd edək ki, ötən dövrdə sərnişinlərdən 32 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyətilə bağlı şikayətlər daxil olurdu. Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı “Fidan”-MMC-yə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da hər hansı bir tədbir görülməyib.
Bu səbəbdən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 32 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma