Bu il sərhədkeçmə əməliyyatlarının ucuzlaşdırılaraq sürətləndirilməsi planlaşdırılır

Azərbaycanda bu il sərhəddə ticarətin asanlaşdırılması və sərhədkeçmə əməliyyatlarının ucuzlaşdırılaraq sürətləndirilməsi planlaşdırlır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu və digər məsələlər Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun onlayn formatda keçirilmiş iclasında müzakirə edilib.

Bildirilib ki, cari ildəki fəaliyyət planında “Elektron pəncərə” sisteminin funksional diaqnostikasının aparılması və yaradılması, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar informasiya mübadiləsi və informasiya sistemlərinin inteqrasiyası zəruri olan aidiyyəti qurumların siyahısının müəyyənləşdirilməsi, lisenziya və icazələrin təqdim olunması istiqamətində inteqrasiya məsələlərinin yekunlaşdırılması kimi vacib məsələlərin yerinə yetirilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, bu da ticarətin asanlaşdırılması və sərhədkeçmə əməliyyatlarına sərf olunan müddət və xərclərin azaldılmasına təsir göstərən mühüm amillərdir.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev çıxış edərək iclasda özəl sektorun nümayəndələrinin, gömrük təmsilçilərinin iştirakını yüksək qiymətləndirib və bunun dövlət-biznes dialoqunun inkişafının nümunəsi olduğunu bildirib. Vüsal Şıxəliyev idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və sürətləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb, gələcəkdə bu sahədə daha uğurlu nəticələrin əldə olunması üçün, xüsusilə özəl sektorun nümayəndələrini müzakirələrdə daha fəal olmağa çağırıb.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov sərhədkeçmə proseslərinin sadələşdirilməsi, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə gömrük orqanları tərəfindən görülən işlərdən bəhs edib. Cavad Qasımov gömrük əməliyyatlarının həyata keçirilməsi zamanı vaxt və vəsait itkisinin minimuma endirilməsi üçün gömrük orqanları tərəfindən tətbiq edilən “məcburi qərarlar” sisteminin sahibkarların işinin asanlaşdırılması, xüsusilə gömrük rəsmiləşdirilməsi prosesinin sürətləndirməsi baxımından faydalarından danışıb. O da qeyd olunub ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra tranzit imkanlarımız daha da genişlənəcək, ölkəmizin üzərindən daşınacaq yüklərin həcmi sürətlə artacaq və bu da gömrük-keçid məntəqələrinin potensialının artırılmasını, müasir üsul və yanaşmaların tətbiqini zəruri edir.

Daha sonra işçi qrupunun fəaliyyət planının bəndləri üzrə müzakirələr aparılıb, təklif və rəylər dinlənilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma