Uşaqlar üçün təhlükəli olan üçüncü koronavirus dalğası haqda şayiələri kim yayıb? – VİDEO

Son günlərdə sosial şəbəkələrdə Azərbaycanda koronavirusun üçüncü dalğasının daha qorxulu və acınacaqlı olacağı, bu mərhələdə uşaqların kütləvi yoluxacağı və onlar arasında çoxsaylı ölüm hallarının baş verəcəyi, eləcə də xəstə uşaqların qəbulu üçün xəstəxanalarda hazırlıq işlərinin aparıldığı barədə səs yazısı yayılıb.

TIME rəsmi mənbəyə istinadın bildirir ki, həmin səs yazısı həkim tərəfindən paylaşıldığından, vətəndaşlar arasında vahimə və təşviş doğurmaqla yanaşı, cəmiyyətdə dövlətin koronavirusla mübarizə tədbirlərinə inamsızlığa şərait yaradıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində vətəndaşlar arasında çaşqınlığa və əsassız narahatlığa səbəb olmuş həmin xəbəri paylaşan şəxsin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi, hazırda  koronaviruslu xəstələrin müalicəsi ilə əlaqədar Qobustan Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuş, 1974-cü il təvəllüdlü Məcidova İlahə Telman qızı olduğu müəyyən edilib.

İlahə Məcidova özünün səhv mülahizələrinə əsaslanan səs yazısını paylaşmasından peşman olduğunu, koronavirus pandemiyası ilə əlaqədar indiki həssas bir dönəmdə bu hərəkətinin doğura biləcəyi ağır nəticələr barədə düşünmədiyini etiraf edərək ictimaiyyətdən üzr istəyib.

İlahə Məcidovanın məsuliyyətə cəlb edilməsi məsələsi qanunvericiliyə uyğun qaydada həll olunacaq.  

Bir daha sosial media təmsilçiləri və sosial şəbəkə istifadəçilərindən koronavirus epidemiyası ilə bağlı məlumatları bölüşərkən diqqətli olmağı, qeyri-rəsmi və dəqiqləşdirilməmiş xəbərlərin yayılmasına yol verməməyi, yalnız aidiyyəti dövlət qurumlarının məlumatlarına etibar və istinad etməyi xahiş edirik.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma