Peşəkar mühasiblər üçün nümunəvi test tapşırıqları hazırlanıb

DİM imtahana hazırlaşan şəxslərə elmi-metodik kömək məqsədilə imtahanda istifadə olunacaq test tapşırıqlarına aid nümunələr təqdim edir.

TIME rəsmi mənbəyə istinadın bildirir ki, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir.

Məlum olduğu kimi, sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçiriləcək və imtahanlarda qapalı tipli və açıq tipli test tapşırıqlarından istifadə olunacaqdır: 

I mərhələ (mühasibat uçotu) üzrə:

40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlar olacaqdır.

Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 10-u 2 balla;

Açıq tipli test tapşırıqlarının 8-i 5 balla, 2-si 10 balla qiymətləndiriləcəkdir.

II mərhələ (qanunvericilik) üzrə:

40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlar olacaqdır.

Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 15-i 2 balla;

Açıq tipli test tapşırığının hər biri 10 balla qiymətləndiriləcəkdir. 

Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan keçiriləcək sahənin yeni istiqamət olduğu və spesifikliyi nəzərə alınaraq imtahana hazırlaşan şəxslərə elmi-metodik kömək məqsədilə hər bir mərhələ üzrə imtahanda istifadə olunacaq 1, 2, 5 və 10 balla qiymətləndirilən test tapşırıqlarına aid nümunələr təqdim edilir.

Nümunələrlə buradan tanış ola bilərsiniz.

Leave a Reply Cancel reply