Gənclər günü yeni reallıqda

TIME rəsmi mənbəyə istinadın bildirir ki, bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub və hər il təntənəli şəkildə bütün ölkə üzrə qeyd edilir.

Bu il Gənclər günü СOVİD-19 pandemiya dövrünə təsadüf etdiyinə görə tədbirlərdə artıq yeni reallıqlarımıza uyğun şəkildə onlayn formatda keçirilir və bəzi gənclərimiz bayramlarını kompüter qarşısında qeyd edirlər.

Lakin, onlar kiçik qruplarla görüşüb karantin qaydalarına riayət edərək də bu günü keçirirlər. Bu ilin özəlliyi isə Azərbaycan gənclərinin artıq qalib ölkənin başı uca olan vətəndaşları olmalarıdır, çünki gənc şəhidlərimiz həyatları bahasına biz artıq işğal altında olan torpaqlarımızı azad etmişik və gələcəyə böyük ümidlərlə baxırıq.

Tarixə nəzər salsaq görərik ki, bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsidir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.

Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.

Son 24 il ərzində Azərbaycan gənclərinin həyatı və dünya görüşü və imkanları inanılmaz dərəcədə dəyişib və artıq yeni nəsil vətənpərvər vətəndaşlarımız öz ölkələrinə sahib çıxırlar və onu inkişaf yolu ilə irəli aparırlar.

Əziz gənclər, bayramınız mübarək!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma