Sosial şəbəkələrin Azərbaycan seqmentində bu ilin yanvar ayında ilk dəfə olaraq “Twitter” istifadəçilərinin sayı 25,17% təşkil etməklə birinci yer tutub.
TIME “Global Stats”-a istinadən bildirir ki, bu dəfə “Facebook” istifadəçiləri 20,27% pay ilə ikinci yeri tutublar, “Instagram”-ım istifadəçilərinin sayı isə 4,59% artaraq 20,1% təşkil edib.

İlk üçlükdən sonra istifadəçi sayına görə növbəti pillələri 19,3% payla “YouTube”, 13,92%-lə – “Pinterest” istifadəçiləri tuturlar.