İstanbuldan Bakıya yarım milyon manatlıq brilyant gətirilib – VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

TIME rəsmi mənbəyə istinadın bildirir ki, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib.

Təkrar baxış zamanı çamadanda olan “Nesquik” və “İntense” kakao qutuları, “Baby Wipes” nəm salfet paketi və “Kenwood” markalı şirəçəkən maşının içində, ümumilikdə 10 ədəd sellofan büküm aşkar olunub. Həmin bükümlərin içərisindən isə müxtəlif ölçüdə brilliant qaşlar aşkara çıxarılıb.

Bu predmetlər əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyib, şifahi, yazılı və ya elektron qaydada bəyan olunmayıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilliant qaşların ümumi kütləsi 3901,60 karat (780,32 qram), orta qiyməti təxminən 485 min manat təşkil edir.

Leave a Reply