Vətən Müharibəsinə həsr edilmiş xatirə sikkələrinin dizaynı müsabiqəsi keçirilir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və qalibiyyətlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən Savaşı qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və düşmən tapdağından azad edilmiş şəhər və rayonlarımızın tarixinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Mərkəzi Bank müsabiqə keçirir.

TIME rəsmi mənbəyə istinadın bildirir ki, müsabiqə aşağıda qeyd olunan mövzularda xatirə pul nişanlarının dizaynının yaradılmasını nəzəfrdə tutur.

1. “Vətən Müharibəsinin qəhrəman əsgəri” mövzusuna həsr olunmuş xatirə sikkəsi;

2. “Şuşa – Azərbaycanın mədəniyyət və musiqi beşiyidir” mövzusuna həsr olunmuş xatirə sikkəsi;

3. “Azərbaycanın memarlıq incisi- Xudafərin körpüsü” mövzusuna həsr olunmuş xatirə sikkəsi;

4. “Ulu öndər Heydər Əliyev – “Bir millət, iki dövlət” qardaşlıq səlnaməsi” mövzusuna həsr olunmuş xatirə sikkəsi;

5. Düşmən tapdağından azad olunmuş ərazilərimizin tarixi və mədəni irsi mövzusunda xatirə sikkələri:- “Cəbrayıl rayonu”- “Füzuli rayonu”- “Zəngilan rayonu”- “Qubadlı rayonu”- “Ağdam rayonu”- “Kəlbəcər rayonu”- “Laçın rayonu”- “Xocavənd rayonu”- “Suqovuşan kəndi”

Müsabiqədə iştirak etmək üçün iştirakçıların şəxsiyyət vəsiqəsinin surəti və xatirə pul nişanlarının eskizləri 22.02.2021-ci il 18:00-dək Mərkəzi Banka təqdim olunmalıdır.

Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq, qalib gəlmiş eskiz əsasında xatirə pul nişanlarının dizaynı hazırlanacaqdır.Xatirə sikkələri üzrə müsabiqənin qalibi üçün hər mövzu üzrə 1000 manat pul mükafatı müəyyən olunmuşdur.

Əlaqə: Khanim_Dostuzada@cbar.az tel. 012 4931122 (daxili 264).

Leave a Reply