Sosial sığorta nömrələri şəxsiyyət vəsiqəsinə daxil edilir- kartlar ləğv olunacaq

Dövlət məşğulluq xidmətlərinin elektron infrastrukturunun qurulması, rəqəmsal məşğulluq xidmətlərinin tətbiqi prosesi bu il daha geniş miqyas alacaq.

TIME rəsmi mənbəyə istinadın bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında işsiz və işaxtaran şəxslər, işəgötürənlər üçün həmin xidmətlərin e-platformalardan təqdim olunmasında 2021-ci ildə bir sıra yeniliklər olacağını qeyd edib.

Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli keçirilən mətbuat konfransında “Rəqəmsal məşğulluğa keçid və…

Опубликовано Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Пятница, 29 января 2021 г.

O vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət sosial xidmətləri, o cümlədən məşğulluq xidmətləri sistemində geniş vüsət alan elektronlaşma proqramı bu sahədə müasir, çevik, eyni zamanda şəffaf idarəçiliyin və xidmətlərin formalaşmasına yönəlib. Artıq ölkə üzrə bütün vakansiyalar “Məşğulluq” altsistemində (MAS) toplanır. İşəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilərək, bu proses elektron müstəviyə keçirilib. İşsiz və işaxtaran şəxslərin qeydiyyatı prosesi elektronlaşdırılıb, elektron fərdi məşğulluq proqramının tərtibatına başlanılıb.

M.Abbasbəyli  “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platformasının da qurulmaqda olduğunu deyib.

Diqqətə çatdırıb ki, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi də yaradılır.  E-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə işlərə də başlanılıb.

Agentlik sədri qeyd edib ki, bu elektron xidmətlər ölkənin insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidini təmin edəcək. Bununla inzibati ərazi vahidləri üzrə əsas məşğulluq, demoqrafik, peşə ixtisasları və əmək ehtiyatları balansı göstəriciləri, qeyri-formal məşğulluq sahəsində nəzarət və risk əsaslı yoxlamalar, haqqı ödənilən ictimai işlərin vahid platformada toplanması, təlim, peşəyönümü və peşə hazırlığı fəaliyyəti onlayn müstəviyə daşınacaq.

M.Abbasbəyli  2021-ci ildə də işsiz və işaxtaran şəxslər üçün dəstək tədbirlərinin əhatə dairəsinin genişlənəcəyini deyib. 16 min şəxsin özünüməşğulluq proqramına cəlb ediləcəyini qeyd edib.

Bununla yanaşı nazirliyin rəsmisi, sosial sığorta kartlarının ləğv ediləcəyi haqda məlumat verib:

“Qanunvericiliklə bağlı son mərhələ də qəbul ediləndən sonra sosial sığorta kartlarını dövriyyədən çıxara biləcəyik. Şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial sığorta kartların nömrələri ilə artıq uyğunlaşdırılıb. Yəni sosial sığorta nömrəsi yenə qalacaq, amma karta ehtiyac olmayacaq”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma