Mərkəzi Bank cari il üçün proqnozlarını açıqlayıb

Azərbaycan Mərkəzi Bankın (AMB) proqnozlarına əsasən bu il inflyasiya 4% səviyyəsində olacaq.

TIME rəsmi mənbəyə istinadın bildirir ki, bu proqnozu bu gün mətbuat konfransı zamanı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov açıqlayıb.

O bildirib ki, proqnoz istehlak tələbinin bərpasına və ölkədəki fiskal həvəsləndirici tədbirlərə əsaslanır.

AMB rəsmisi sosial şəbəkələrdə Mərkəzi Bankın yeni inzibati binasınını tikintisi məsələsinin geniş müzakirə olunduğunu qeyd edib və bildirib ki, yeni binanın tikintisi bankın vəsaitləri hesabına həyata keçiriləcək: “Son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürmüşük. Bu il isə 250 milyon manat köçürməyi düşünürük. Ona görə də yeni inzibati binanın tikintisinin dövlət büdcəsindən təmin olunması barədə söhblətlər həqiqəti əks etdirmir”.

E. Rüstəmov, bu il Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi məsələsinə toxunaraq qeyd edib ki, bu prioritetlər sırasında deyil, çünki hökumətin belə bir planı yoxdur:

“Beynəlxalq Bank sürətlə inkişaf edir, ötən il bank üçün uğurla başa çatıb. Ona görə bankın özəlləşdirilməsi strategiyası nəzərdən keçirilmir”.

Daha sonra o, 2021-ci ilin əvvəlinə olan vəziyyətə görə Azərbaycanın strateji valyuta ehtiyatları 51 milyard dolları ötdüyünü bəyan edib.

E. Rüstəmov bildirib ki, əvvəllər olduğu kimi, Mərkəzi Bank bu məsələni daim nəzarətdə saxlayır:

“Azərbaycanın valyuta ehtiyatları 2021-ci il yanvar ayı ərzində artaraq 51,4 milyard dollar həddinə yaxınlaşıb”.

Sonda AMB rəhbəri erməni işğalından azad edilmiş ərazilərdə bank infrastrukturunun inkişafı üzrə genişləndirilmiş konsepsiyanın hazırlandığını qeyd edib.

İşğaldan azad edilmiş ərazilərdə iki nümayəndəliyin açılması nəzərdə tutulub: “Onlardan biri böyük ehtimalla, Şuşada olacaq. Bundan başqa, bizim əsas hədəflərimizdən biri Azərbaycanın bütün suveren ərazisində milli valyutanın dövriyyəsini bərpa etməkdir. Vətən müharibəsində Böyük Zəfərin birinci ildönümünə yaxın müddətdə Qarabağla bağlı nominal pul nişanı buraxmağı planlaşdırırıq”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma