Həftəsonları ictimai nəqliyyat işləməyəcək

Azərbaycan Nazirlər Kabineti bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddətinin uzadılması haqda qərar qəbul edib.

TIME rəsmi mənbəyə istinadın bildirir ki, qərara əsasən, 2021-ci il 30 yanvar saat 00:00-dan 1 fevral saat 06:00-dək, 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək, 13 fevral saat 00:00-dan 15 fevral saat 06:00-dək, 20 fevral saat 00:00-dan 22 fevral saat 06:00-dək, 27 fevral saat 00:00-dan 1 mart saat 06:00- 2 dək, 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək, 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək, 20 mart saat 00:00-dan 22 mart saat 06:00-dək, 27 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalıdır.

Qərar sabah, yanvarın 30-dan, etibarən qüvvəyə minir.

Qeyd edək ki, bundan öncə qəbul edilmiş qəbul edilmiş və qüvvədə olan qərar, 2021-ci il 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək, 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək, 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək, 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılmasını nəzərdə tutur və bu gecədən ictimai nəqliyyat müvəqqəti olaraq bazar ertəsinə kimi fəaliyyətini dayandıracaq.

Leave a Reply