Şahdağ və Qızılağac Milli Parklarında brakonyerlər saxlanılıb

Şahdağ milli parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyi ərazisində ova cəhd edən şəxs saxlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova qeyd edib ki, araşdırma zamanı brakonyerin İsmayıllı rayon sakini Habil Abasov olduğu məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Dünən, 27 yanvar 2021-ci il tarixində, gecə saatlarında Qızılağac Milli Parkının Kiçik Körfəz ərazisinə icazəsiz daxil olan və ova cəhd edən naməlum şəxslər xidməti vəzifələrini yerinə yetirən milli parkın əməkdaşlarına atəş  açıb. Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, milli parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyerlər mühafizə yegerləri Ceyhun Mustafayev, Zahir Bəşirov və sahə müfəttişi Natiq Rzazadəyə bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb.

“Yaralanan mühafizə işçiləri Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və hazırda müalicələri davam etdirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Daha ətraflı məlumat araşdırmadan sonra veriləcək”.

Leave a Reply Cancel reply