Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə Qazaxıstanda fəaliyyət göstərən “ТИМУР” fərdi sahibkar tərəfindən istehsal olunan soğanların ekspertizası keçirilib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, ölkəmizə “TechnicAz” şirkəti tərəfindən idxal olunan 650 ton soğan məhsulu yoxlama nəticəsində “ТИМУР” fərdi sahibkarın istehsal etdiyi məhsullarda nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksək olduğu və soğanların istehlak üçün yararsız olduğu müəyyən edilib.
Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.