Güzəştlər rəqəmsal ödənişlərin inkişafına müsbət təsir edib – VİDEO

Azərbaycan Banklar Assosiasiyası (ABA) 28-29 yanvar 2021-ci il tarixlərində FİNTEX Sammit onlayn (maliyyə texnologiyaları sərgisi) adlı tədbiri təşkil edib. Sammit Azərbaycanda ilk dəfə olaraq virtual stendlər, “networking” xüsusiyyətlərinə malik xüsusi platforma üzərində öz işinə başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, sammit “Bank və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda keçirilir.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Fintex Summit Online” tədbirində deyib ki, ötən il Azərbaycanda ödəmə kartları ilə nağdsız əməliyyatların həcmi 118 milyon manat təşkil edib.

Onun sözlərinə əsasən, 2020-ci il ərzində nağdsız əməliyyatların payı 58,3 faizə bərabər olub və 2019-cu illə müqayisədə 10% artıb: “Azərbaycanda ilk dəfə ödəmə kartları ilə nağdsız əməliyyatların həcmi nağd dövriyyəni üstələyib”.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi güzəştlər (bank kartlarına xidmət haqqının 50% azaldılması, ödəmə kartlarının etibarlılıq müddətinin təmassız artırılması imkanı, bank kartlarının müştərinin sifarişi ilə çatdırılması) rəqəmsal ödənişlərin inkişafına müsbət təsir göstərib:

“Bununla yanaşı, rəqəmsal ödənişlərin inkişaf prosesləri sürətlənib, banklar tərəfindən rəqəmsal ekosistemə yeni məhsullar və xidmətlər tətbiq olunub, mobil bankçılıq xidmətlərinin təkmilləşdirilməsi üzrə islahatlar aparılıb, bank olmayan ödəniş xidmətləri tədarükçülərinin fəaliyyət sahələri genişiləndirilib və onların banklarla qarşılıqlı fəaliyyəti dərinləşdirilib, elektron kommersiya platformalarının fəaliyyəti təkmilləşdirilib”.

O bildirib ki, Mərkəzi Bank şaxələndirilmiş rəqəmsal ekosistemin formalaşmasında dominant rolunu oynamaqda uğurla davam edir:

“Bu siyasəti ifadə edən əsas elementlər ani ödənişlər sisteminin, blokçeyn texnologiyası əsasında rəqəmsal eyniləşdirmə sisteminin işə salınması, rəqəmsal ödənişlər üzrə normativ-hüquqi bazanın müntəzəm təkmilləşməsi, eləcə də həvəsləndirici islahatlardır”.

O qeyd edib ki, rəqəmsal ödənişlərin əhatə dairəsini genişləndirməyə yönəlmiş növbəti uğurlu layihə Sumqayıt və Şamaxı şəhərlərində ictimai nəqliyyatda, eləcə də Bakı-Sumqayıt qatarlarında kart vasitəsilə nağdsız ödənişlərin tətbiqi olub.

ABA ekspert qrupunun rəhbəri bildirib ki, rəqəmsal transformasiya sahəsindəki bütün bu islahatlar Azərbaycanda ödəniş ekosisteminin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişlənməsinə, maliyyə inklüzivliyinin güclənməsinə, eləcə də rəqəmsal ödənişləri bizim üçün ənənəvi ödəniş formasına çevirəcək cəmiyyətin formalaşmasına müsbət təsir göstərəcək.

Qeyd edək ki, iki gün keçiriləcək Sammitdə  dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, həmçinin 3000-dən çox yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Sammit 9 paneldən ibarət olmaqla “Fintex-Tərəfdaşlıq və əməkdaşlıq dövrü”, “ Risklər”, “Ödəniş ekosistemləri: Dəyişən vərdişlər”, “Maliyyə xidmətlərində blokçeyn”, “ İnsan mərkəzli fintex”, “Kibertəhlükəsizlik hər zamankından daha vacibdir”, “ Şəhər mobilliyi” “ Tənzimləyici çərçivə: Texnologiyanın tətbiqi” və “ Müştəri təcrübəsi: Bank və fintexin daim dəyişən dünyası” mözvularını əhatə edəcək.

Sammit çərçivəsində keçirilən əlavə yan tədbirlər “Banklarda fırıldaqçılıq”, “Daha güclü müxbir əlaqələri qurmaq: maliyyə cinayətləri və riskdən azad olma ilə mübarizə aparan ən yaxşı texnoloji trendlər”, “Azerbaijani Banks Cyber Security Review” və digər mövzularını əhatə etmişdir.

Tədbir zamanı “Auditorium” otağına daxil olaraq panel müzakirələrini dinləmək və spikerlərə sual vermək, “Exibition” otağına daxil olaraq virtual sərgidə iştirak etmək, həmçinin “Networking” otağına daxil olaraq digər iştirakçılarla ünsiyyət qurmaq imkanı mövcuddur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma