Vladimir Putin: Qarabağda stabilləşmə prosesi başlayıb – VİDEO

Rusiya Prezidenti Vladimir Putin bu gün Davos iqtisadi forumunda xüsusi çıxışında Qarabağla bağlı açıqlama verib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, o qeyd edib ki, 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı imzaladıqları üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur.

Rusiya Prezidentinin sözlərinə əsasən, Moskva Dağlıq Qarabağda münaqişəni dayandırmaq üçün vasitəçilik səylərini göstərib:

“Məlum olduğu kimi, noyabrda Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli bəyanat imzalayıb. Bu sənəd ardıcıl şəkildə icra olunur. Qan tökülməsinin qarşısı alınıb və ən əsası da budur. Tam atəşkəsə nail olunub və stabilləşmə prosesi başlayıb”.

Leave a Reply