Rusiya Ermənistana tələblərini irəli sürüb

Yanvarın 27-də Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov və Ermənistan Respublikasının Xarici İşlər Naziri A.G. Ayvazyan arasında telefon danışığı olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında qeyd olunan razılaşmaların həyata keçirilməsinin gedişi, təhlükəsizlik aspektləri, humanitar komponent və iqtisadi və nəqliyyat əlaqələri dəqiqliklə müzakirə olunub. Bu çərçivədə bütün bölgə ölkələrinin maraqlarının uyğunlaşmasının və birgə quruculuq işlərinin vacibliyi vurğulanıb

Nazirlər, eyni zamanda, Rusiya-Ermənistan münasibətlərinin və beynəlxalq problemlərin bir sıra aktual mövzuları üzrə doğru yolla getməyə və öhdəlikləri yerinə yetirməyə razılaşıblar.

Leave a Reply