Beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub

Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə keçirilən VI “Florida Keys” beynəlxalq musiqi müsabiqəsi onlayn formatda açıq elan olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ABŞ-ın Florida ştatının Aventura şəhərində təşkil olunan müsabiqədə iştirak etmək üçün yanvarın 23-dən iyunun 12-dək müraciət etmək mümkündür. Müsabiqənin şərtlərinə əsasən, 5-35 yaş həddində olan musiqiçilər ifa etdikləri əsərləri onlayn formatda təşkilatçılara təqdim etməlidirlər. Müxtəlif nominasiyalar üzrə qalibləri məşhur ifaçılar və müəllimlərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Sonda qaliblərə mükafatlar veriləcək.

Müsabiqənin təşkilatçısı – bəstəkarın qızı, Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası nəzdində təhsil və mədəniyyət komitəsinin sədri Pərvin Muradovadır. Müsabiqənin məqsədi dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması, Azərbaycanın zəngin musiqi mədəniyyətinin təbliğ edilməsidir.

Müsabiqə barədə ətraflı məlumatı https://www.floridakeyscompetition.com/ linki vasitəsilə əldə etmək mümkündür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma