Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!

“Azercell Telekom” MMC və Azərbaycan Beynəlxalq Bankı yeni əməkdaşlığa imza atır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, hazırda Azercell-in rəqəmsal həlləri IBA Mobile tətbiqində! Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC Azərbaycan Beynəlxalq Bankı ilə birgə əməkdaşlıqda daha bir yeniliyə imza atır. Artıq Azərbaycan Beynəlxalq Bankının IBA Mobile mobil əlavəsinin istifadəçiləri tətbiq vasitəsilə Azercell-in NNTV, Bookmate, BluTV və ivi xidmətlərini aktivləşdirmək imkanı əldə edir.

Xidmətlərə qoşulmaq qaydası çox sadədir. İstifadə rahatlığı və funksionallığı ilə seçilən IBA Mobile-də “Digər” bölümünü seçdikdən sonra “Partnyorlar” bölümünə keçid edib “Azercell tətbiqləri” sırasında sevdiyiniz xidmətə abunə ola bilərsiniz.

4 milyondan çox dünya və Azərbaycan ədəbiyyatı əsərlərini elektron və audio formatda özündə cəmləşdirən Bookmate tətbiqini lider mobil operator eksklüziv şərtlərlə təqdim edir. Yalnız Azercell abunəçiləri xidmətə 50% endirimlə- ayda cəmi 3.50 AZN ödəyərək qoşula bilərlər. Bookmate mütaliəsevərlərə məkandan və istifadə olunan cihazdan asılı olmayaraq Azərbaycan, türk, ingilis, rus və digər dillərdə zəngin elektron kitabxanadan yararlanmaq, sevdiyi kitabları sosial şəbəkələrdə dostları ilə paylaşmaq, eləcə də tətbiqi yeni kitablarla daha da zənginləşdirmək imkanı verir. Xidmətdən günlük istifadə haqqı 0.19 AZN təşkil edir.

Azərbaycanda yalnız Azercell abunəçilərinin yararlana biləcəyi NNTV xidməti 200-dən çox yerli və xarici televiziya kanallarını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı verir. Xidmətdən ayda 4 AZN və ya gündə 0.20 AZN ödəməklə yararlanmaq mümkündür. Abunəçilərinin rahatlığını hər zaman düşünən Azercell, bu xidmət üçün xüsusi paketlər də təqdim edir.

Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/digital-solutions/nntv.html səhifəsinə keçid etməyiniz xahiş edilir.

Leave a Reply