BNA bəzi avtobusların hərəkət sxemini dəyişib – SXEM

Bakı Nəqliyyat Agentliyi iki marşrut üzrə avtobusların hərəkət sxemini dəyişib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.

Bununla bağlı, 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.

Leave a Reply