Təhsil əyani formatda necə bərpa olunacaq? – VİDEO

Azərbaycan təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçirilib.

TIME bildirir ki, brifinqdə xüsusi karantin rejimi dövründə tədrisin təşkili, ictimaiyyət arasında təhsillə bağlı gözləntilər barədə məlumat verilib.

Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə #brifinq Brifinqdə xüsusi karantin rejimi dövründə tədrisin təşkili,…

Опубликовано Azərbaycan Respublikası Təhsil Nazirliyi Пятница, 22 января 2021 г.

Nazirlər Kabinetinin qərarına əsasən, fevralın 1-dən Bakı, Sumqayıt və Abşeron məktəblərində, o cümlədən bütün ölkə üzrə ibtidai sinif, məktəbəhazırlıq qruplarında, icma əsaslı qruplarda tədris qismən başlanılacaq və repetitorluq fəaliyyəti bərpa olunacaq.

Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib ki, fevralın 1-dən sonrakı növbəti 2 həftə ərzində Ali Təhsil Müəssisələrinin və 5-9-cu siniflərdə təhsil bərpa edilə bilər: “Əsas vəzifəmiz tələsik açılışa gedib və tələsik bağlanışa getməməkdir”.

Dərslərin həftədə 3 dəfə bərpası zərurətdən irəli gəlir. Nazir məlumat verib ki, təhsil müəssisələri mərhələli şəkildə bərpa olunacaq.

“İri şəhərlərdə tədris həftədə 3 dəfə, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq”.

Azərbaycanda 311 sinifdə, başqa sözlə siniflərin 0,4 faizində şagird sayı 40-dan çoxdur, bu isə tədrisin bərpasında problem yarada bilər.

Azərbaycanda təqribən 86 min sinif olduğunu nəzərə çatdıran nazir əlavə edib ki, onlayn təhsil şəbəkəsinin mövcudluğu nə qədər müəllim və şagirdin bu şəbəkədən istifadə etmədiyini görməyə imkan verir.

Təhsil naziri qeyd edib ki, elektron dərsliklərdn istifadə faizi ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.

Onun sözlərinə görə, ötən müddətdə təhsilin keyfiyyətinin əsaslı şəkildə müsbət istiqamətdə dəyişdiyini demək olar: “Hazırkı şəraitdə ən böyük zərər aşağı siniflərdə oxuyan uşaqların sosial emosional vəziyyətinə dəyib. Bunun hansı səviyyədə olması ilə bağlı araşdırma aparılacaq. Güman edirik ki, bu müddətdə şagirdlərin müstəqil öyrənmə bacarığı artıb. Amma bunun fakt olaraq, hələ təsdiqi yoxdur”.

E. Əmrullayev onuda bildirib ki, təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək və valideynlər uşaqlarını məktəblərə göndərməyə çəkinirlərsə təhsil ilinin sonuna kimi tele-dərslərdən istifadə edə bilərlər.

Brifinqdə iştirak edən Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, birinci yarımillikdə distant formada qiymətləndirmədə iştirak edə bilməyən şagirdlərin imtahandan keçirilməsi üçün şərait yaradılacaq.

Onun sözlərinə görə, həmin şagirdlər növbəti bir ay ərzində məktəbə gəlməklə imtahandan keçə bilərlər: “Nəzərə alsaq ki, növbəti aydan məktəblərdə tədris də başlanacaq. Həmin vaxtlarda bu şagirdlər sosial məsafə və sıxlığı gözləməklə imtahan verə bilərlər”.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma