Sənədlərin surətinin notarial təsdiqi rüsumunu üç dəfə azaldılır

Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır.

Trend-in verdiyi məlumata əsasən, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişik edilir.

Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq qanunda ediləcək dəyişikliyə əsasən, bu rüsumun məbləği 1,5 manat müəyyən edilir.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə təklif edilir ki, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmasın.

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.

Leave a Reply