Azərbaycanda 48 mindən yuxarı müəllimə vaksinasiya tövsiyə edilir

Təhsil Nazirliyi vaksinasiya oluna biləcək müəllimlərin siyahısı artıq hazırlayıb.

TIME bildirir ki, Təhsil naziri Emin Əmrullayev bu gün ki, brifinqdə qeyd edib ki, Bakı, Sumqayıt və Abşeronda 15698, bölgələrdə isə 32600 müəllimin yaşı 50-dən çoxdur: “Biz bu müəllimlərin vaksinasiyasını tövsiyə edirik”.

Brifinqdə iştirak edən təhsil nazirinin müşaviri Rüstəm Ağayev öz növbəsində qeyd edib ki, sentyabr ayından bu günə kimi 14 758 şagird koronavirusa yoluxub, təhsil işçiləri arasında isə yoluxanların sayı 7090 nəfər olub.

O bildirib ki, ibtidai siniflər arasında yoluxan şagirdlərin sayı 2246 təşkil edib, 5-9-cu sinif şagirdləri arasında 4411 şagird, 10-11-ci sinif şagirdləri arasında isə 7525 nəfər koronavirusa yoluxub.

Leave a ReplyCancel reply