Türkiyə Qarabağda tekstil fabriklərinə 50 milyon dollar yatırım edəcək

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoymağı nəzərdə tutur.

Trend-in verdiyi məlumata əsasən, bunu Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Dərnəyinin İdarə Heyətinin sədri İlhami Öztürk deyib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurum bir çox sahələrdə fəaliyyət göstərir, lakin ilk mərhələdə tekstil sahəsinə yatırım etmək nəzərdə tutulur.

İ.Öztürk bildirib ki, digər sahələrdə hansı fəaliyyətlərin göstəriləcəyi Azərbaycandakı müzakirələrdən sonra müəyyən ediləcək.

Leave a Reply