Təhsil Nazirliyi məktəblilərin süni qiymətləndirməsinə qarşıdır – VİDEO

Azərbaycan Təhsil Nazirliyi  xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə açıqlamalar verib.

TIME Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublunun sözlərinə istinadən bildirir ki, bütün dünyada olduğu kimi pandemiya ilə əlaqədar təhsilin səviyyəsi aşağı düşüb.

“Biz də tələbələrin biriliyini yoxlayarkən süni qiymətləndirmə aparmaq istəmirik. Hazırda təhsilin standartlar üzərində təşkil edilib. Tədris distant formada keçirilibsə, şagirdlərin bilikləri də distant formada öyrənilməlidir. Biz bilirik ki, bu müddətdə şagirdlərdə güclü şəkildə irəliləmə olmayıb. Amma bu qiymətləndirmə mövcud öyrənmənin nə vəziyyətdə olduğunu bilmək, gələcək istiqamətləri müəyyən etmək üçün vacibdir”.

Nazirliyinin rəsmisinin sözlərinə əsasən, Təhsil İnstitutu tərəfindən hələ oktyabr ayında şagirdlər üçün ixtisar edilməsi tövsiyə edilən mövzular hazırlanıb. Pandemiya ilə əlaqədar bu il də bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarının suallarına daxil edilməyəcək və  bu şagirdlər üçün bir güzəştdir.  İdi: “Siyahını Dövlət İmtahan Mərkəzi ilə də bölüşmüşük. Builki məzunlar üçün qəbul və buraxılış imtahanlarında həmin suallar üzrə mövzular salınmayacaq”.

Lakin virtual dərslərə qoşula bilməyən belə şagirdlər minimal zəruri biliklərini nümayiş etdirmək üçün qiymətləndirmədə iştirak etməlidirlər.

Vəfa Yaqublu qeyd edib ki, qiymətləndirmədən bütün şagirdlər keçməlidirlər, çünki internetə çıxışı olmayan şagirdlər üçün teledərslər yayımlanır: “Bununla bağlı dəfələrlə məlumatlandırma kampaniyası aparmışıq ki, bu imkandan istifadə edilsin. Teledərslər vasitəsilə uşaqlar güclü olmasa da, zəruri bilikləri əldə edə bilərlər. 21-ci əsr nəsli üçün özüöyrənmə çox vacibdir”.

Yarım illik qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edib növbəti ay ərzində əyani formada qiymətləndirmədə iştirak edə bilərlər.

Onun sözlərinə əsasən, şifahi sorğu-sual distant təhsil zamanı ən optimal yoldur, qiymətləndirmədə veriləcək suallar bu tədris ilinin 1-ci yarım ili üzrə mövzuları əhatə etməlidir. Şagirdlərə verilən sualları hər bir fənn müəllimi özü müəyyən etməlidir.

Sonda nazirliyinin rəsmisi yanvarın 27-də şagirdlərin qış tətilinin başlayacağını bildirib: “Qış tətili fevralın 1-dək davam edəcək. Həmin gün tədris ilinin ikinci yarım ili başlayacaq”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma