Regional yolların cari vəziyyəti necədir?

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Azərbaycan ərazisində bu gün səhər saatlarından etibarən bəzi yollar buz bağlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi Yolun Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisindən keçən hissələrində gecə saatlarından qar yağır və hazırda yağıntı zəifdir. Səhər saatlarından yolda qar təmizlənmiş, duz və qum səpilmişdir. Xınalıq istiqamətində avtomobil yolunun Qırızdəhnə kəndinə kimi olan ərazidə 8-11 sm qar müşahidə olunur. Nəqliyyatın hərəkəti təmini olunub və hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırki vəziyyəti haqqında MƏLUMAT 21 yanvar 2021-ci…

Опубликовано Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Среда, 20 января 2021 г.

Giləzi – Xızı yolunda səhər saatlarında qar təmizləmiş duz-qum qarışığı səpilmə işləri həyata keçirilib. Nəqliyyatın hərəkəti təmin olunub. Yolda buzlmaşma yoxdur.

Qobustan – Şamaxı – Muğanlı kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılıb. Yollarda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – Ağsu – Yevlax Muğanlı ərazisində zəif qar yağır, gecə saatlarından başlayaraq Ağsu dolaylarında yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Muğanlı-Ağsu hissəsində 3-4 dərəcə şaxta və duman var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı yolunda zəif qar yağır, yolda qar yoxdur, yolun kənarlarında 30-35 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum duz səpilmişdir. 4-5 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilib.

Bununla yanaşı, kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı və Qəbələ rayonları ərazisinə zəif qar yağır, yolda qar yoxdur, 4-5 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Oğuz və Şəki rayonları ərazisində temperatur müsbət olduğundan qar əriyib. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq Yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 15 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gədəbəy rayonu ərazisində 15-16 dərəcə şaxta var. Səhər saatlarında rayona gələn yolun buz bağlayıb sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran – Lerik Lerik rayonu ərazisində 20-25 sm qar yağmış, hazırda yağıntı davam edir. 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Leave a ReplyCancel reply