Bu gün müstəqilliyimizi qazandığımız qürur günümüzdür

Azərbaycan bu gün 20 Yanvar qanlı hadisələrində ölkəmizin azadlığı uğrunda şəhid olan insanların 31-ci il dönümünü qeyd edir və bu il ola bilsin ki, ilk dəfədir şəhidlərimizin ruhu şad olur, çünki onların həyatları bahasına qazanılmış müstəqilliyimizi qoruyub saxlaya bilmişik və işğal altında olan torpaqlarımızı azad etmişik.

Şəhidlərimizin qanı yerdə qalmayıb, onlar həyatlarını boşuna qurban verməyiblər, ölkəmiz müstəqillik dövrü ərzində inkişaf edib, güclənib, dünyada tanınıb və beynəlxalq aləmə inteqrasiya olunub, güclü, ağıllı gənc nəslimiz yetişir, hansı ki, dövlətimizi yeni səviyyələrə qaldıracaq. Artıq Xarı Bülbül düşmən tapdağı altında deyil…

Bütün bunlar bizim yalnız qürur mənbəyimiz ola bilər. Biz bu günlərə addım-addım, maneələri aşaraq gəlmişik və bu yolda əminəm ki, irəliləməyə davam edəcəyik və dövlətimiz cənnət diyarına dönəcək nəhayət.

1990-cı il yanvarın 20-də gecə Sovet ordusu Sovet Azərbaycanın paytaxtı Bakı şəhərinə hücum etdi. Heç bir xəbərdarlıq edilmədən. Tam gecə yarısında hərbi texnika yolundakı hər şeyi darmadağın edərək şəhərə girdi. Şəhərin və ölkənin mülki sakinləri qaranlıqda idilər, çünki 19 yanvar saat 19: 30-da televiziya stansiyasında enerji təchizatı bölməsinin partlamasından sonra televiziya efiri söndürüldü. Əksər insanlar fövqəladə vəziyyətin tətbiq edilməsi barədə yalnız radio elanından və onsuz da gecikən zaman vertolyotlara səpələnmiş vərəqələrdən xəbər tutdular. Qoşunların Bakıya gətirilməsi şəhərə bitişik dairəvi yolların bütün ətrafı boyunca üç tərəfdən baş verdi.

Heç kim o dövrdə ağlına belə gətirə bilməzdi ki, SSSR-i əsgəri dinc əhalinin üstünə tankla gələr və onun qadın, uşaq və ya ahıl olmasına baxmayaraq güllələyər. O gün Azərbaycan xalqının qardaşlıq və dostluq xəyallarının öldüyü gün oldu, illər boyu inandığı ideyaların bir illüziya olduğu başa düşdüyü bur gün oldu. Biz o günü unutmadıq və nə qədər ki, varıq unutmayacağıq, çünki o gün bizim xəyallarımızın yıxıldığı, həyatımızın kökündən dəyişdiyi gün oldu və illər sonra, biz bu gün başa düşürük ki, o Qara Yanvar günü bizim illər sonra göy qurşağı rənglərinin bütün çalarlarını yaşamaq imkanı əldə etdiyimiz gündür, bizim biz xalq kimi Vətənimiz və azadlığımız naminə birləşib sinə gəldiyimiz qürur günümüzdür.

Allah şəhidlərimizin ruhunu daim şad etsin, onlara rəhmət eləsin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma