Qarlı havaya hazırıq…

Bu gün Azərbaycanın əksər rayonlarında hava yağıntılı olub, bəzi rayonlarda qarın hündürlüyü 42 santimetrə çatıb. Bu gecə isə qarın Bakı və Abşeron yarımadasına yağacağı gözlənilir.

TIME rəsmi mənbələrə istinadən bildirir ki, Sarıbaş, Zaqatala, Oğuz, Şəki, Qəbələ, Balakən, Göygöl, Quba, Gədəbəy, Qrız, Daşkəsən, Ağdərə (Ordubad), Qusar, Şabran, Şahbuz, Naxçıvan, Altıağacda qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Kişçayda (Şəki) 15, Gədəbəydə 7, Göygöldə 6, Daşkəsən, Qrızda 5, Oğuz, Şəki, Quba, Altıağacda 2, Ağdərə (Ordubad), Qəbələ, Qusar, Xaltanda 1 sm olub.

Bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5 dərəcə aşağı enəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, aran bölgəsində isə yağışın sulu qara keçəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda havanın şaxtalı keçməsi yolların buz bağlamasına səbəb olacaq.

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında da havanın arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0, gündüz 1-3 dərəcə isti olacaq.

Artıq bir neçə gündür ki, havanın kəskin dəyişməsinə hazırlıq gedir, əhaliyə xəbərdarlıqlar edilir.

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzalar və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini xahiş edir.

Bəzi yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobillərində 1 mm-dən, avtobuslarda 2 mm-dən, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər.

Digər günlərə nisbətən nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması baxımından sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormozlama etməmələri tövsiyə olunur.

Eyni zamanda yola çıxmazdan əvvəl avtomobilin ban şüşələrini təmizləməklə şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə təchiz olunmasını təmin etməlidirlər.

Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraitinin dəyişməsi ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Agentlikdən hazırlıq prosesinin başa çatdığını bildiriblər: “Ümumilikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi payız – qış mövsüünə hazırlıq işlərinə ötən il oktyabrın 1-dən başlayıb. Bununla bağlı tədbirlər planı hazırlanıb və planın həyata keçirilməsinə start verilib. Rüspublika üzrə qarın təmizlənməsi və duz-qum ehtiyyatının daşınması üçün 400-dən artıq maşın mexanizm hazır vəziyyətə gətirilib. Sabahkı qeyri-sabit hava şəraiti ilə bağlı 800 ton qum-duz ehtiyatı görülüb. Bakıda hələ ki qeyri-sabit hava şəraiti hiss olunmasa da, regionlarda artıq avtomobil yollarının buz bağlaması müşahidə olunur. Bu cür hallar müşahidə olunarkən dərhal əraziyə müdaxilə olunur və problem aradan qaldırılır. Artıq rayonlara gedən yolların enişli-yoxuşlu ərazilərində yolların kənarlarına duz-qum ehtiyyatları yığılıb, sərt hava şəraitinə hazırlıq görülüb”.

Agentliyin əməkdaşları dərhal problem yaranan əraziyə gələrək onu çözmək üçün gücləndirilmiş növbəli rejimdə çalışırlar. Agentlik əməkdaşları paytaxtda şəhərətrafı, qəsəbəarası yollara, əsas küçə və prospektlərə nəzarəti gücləndirib. Paytaxtın digər yollarına isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edir.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda payız-qış mövsümünə hazirlıq tədbirlərinin keçirilməsini təmin edir. Artıq Bakıda qarlı havaya hazırlıq tədbirləri çərçivəsində 50-dən çox texnika və mexanizm hazır vəziyyətə gətirilib, məhsul idarələr 24 saatlıq iş rejiminə keçir və bildirilir ki, paytaxt rayonlardakı hər bir qurumun qış aylarında üzərinə düşən vəzifələri, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırılması dəqiq müəyyən edilib və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər qum, duz və lazımi ehtiyat yaradılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma