Vaksinlər kimə vurulmalıdır, kimə vurula bilməz və necə təsir göstərə bilər?

Azərbaycanda bu gündən etibarən koronavirusa qarşı könüllü vaksinasiyaya start verilib, artıq ilk peyvəndlər vurulub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Nazirlər Kabineti ölkədə virusa qarşı vaksinasiya strategiyasını təsdiq edib. Strategiyaya əsasən ilkin vaksinasiya hədəfləri  sosial cəhətdən yüksək risk qrupuna aid olan peşə sahibləri cəlb olunmalıdır.

Vaksinlər kimlərə vurulmalıdır?

Vaksinlər insanlarla daimi əlaqə olan və yüksək risk qrupuna aid olan peşə sahibləri cəlb olunurlar:

  • səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;
  • hüquq mühafizə orqanlarının əməkdaşları;
  • hərbi qulluqçular;
  • saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;
  • təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

Əhali arasında könüllü peyvəndləməyə tibbi cəhətdən yüksək risk qrupuna aid olan əhali qrupları dəvət olunur:

  • 65 yaşdan yuxarı insanlar
  • tənəffüs sisteminin xroniki xəstəlikləri olanlar, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip 50yaşdan yuxarı, piylənmə 18 yaşdan yuxarı

Dünyada peyvəndləmə necə keçirlir?

Xatırladaq ki, hazırda dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ-da, Kanadada, İsraildə, Ryusiyada Avropa ölkələrində, Türkiyədə və dünyanın digər qabaqcıl ölkələrində aparılır. Azərbaycan da bu qabaqcıl ölkələr sırasındadır.

Avropa Birliyi ölkələri, ABŞ, Kanada, Avstraliya, İngiltərə və Yaponiya kimi zəngin ölkələr indiyə qədər Moderna peyvəndinin demək olar ki, bütün dozalarını və Pfizer / BioNTech peyvəndi dozalarının 96% alıblar. Məsələn, Kanada, hər vətəndaşı beş dəfə peyvənd etmək üçün kifayət qədər dərman almaq əmri verib.

Bir sıra ölkələrin peyvəndləməyə başlamağa imkanı yoxdur, bu Ukrayna, Pakistan, Myanma kimi ölkələrdir. Keşmiş SSSR-i ölkələrindən Ukrayna, Özbekistan, Tajikistan, Qırqızstan və Moldova İsveçrənin özəl tərəfdaşlığı Gavi tərəfindən yaradılan və ÜST tərəfindən dəstəklənən beynəlxalq COVAX təşəbbüsü çərçivəsində vaksinlər əldə edə biləcəklər.

Kimlər peyvənddən yararlana bilməz?

Onu da qeyd etmək lazımdır ki, insan orqanizmi istənilən peyvəndə və müalicə üsuluna müxtəlif şəkildə reaksiya verə bilər və hətta dünya səviyyəsində yüksək etibarlılığı təsdiqlənmiş vaksinlərin vurulması insanlarda allergik reaksiyalar oyada bilər və hətta ölümlə nəticələnə bilər. Vaksinləri kəskin infeksion xəstələrə, bədxassəli şişləri olanlara, hamilə qadınlara və uşaqlara tətbiq etmək olmaz.

Vaksinasiyaya son bir ay ərzində kəskin respirator xəstəlik keçirmiş insanlar, burnu axan, öskürən, qızdırması, halsızlığı olan insanlar cəlb oluna bilməz. Bununla yanaşı peyvənddən bir ay əvvəl xroniki xəstəliklərin kəskinləşməsi müşahidə olunan insanlar yararlana bilməz.

Peyvəndə insan orqanizmi necə reaksiya verə bilər?

Aşılama zamanı adrenalin və stres hormonları təbii olaraq sərbəst buraxılır ki, bu da damarlara əlavə təsir göstərir. Nəticədə insanda baş gicəllənməsi və huşunu itirmə müşahidə oluna bilər.

Mütəxəssislər qeyd edir ki, vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra da hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma