TƏBİB: Azərbaycanın istifadə etdiyi vaksin koronovirusun yeni ştamlarına qarşı effektivdir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda peyvəndləmədə istifadə edilən vaksinin təsiri və effektivliyi haqda məlumat verib.

TIME bildirir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı yerli telekannalardan birinə verdiyi müsahibədə bəyan edib ki, COVİD-19-un mutasiya olunmuş ştammı hələ ölkəmizdə aşkarlanmayıb, amma aşkarlanacağı təqdirdə əlavə tədbir görüləcək.

R.Bayramlı qeyd edib ki, ölkəyə gələn bütün şəxslərin COVİD-19 testindən keçməsi mutasiya olunmuş ştammların ölkəyə keçməsinin qarşısını əhəmiyyətli dərəcədə alır.

Onun sözlərinə görə, hazırda ölkəmizdə istifadə edilən vaksin COVİD-19-un yeni ştammı üçün də təsirlidir: “Əksər vaksin istehsalçıları vaksin vurulduqdan sonra analiz edib baxıblar ki, vaksinlər bu virus üçün tam təsirlidir”.

R.Bayramlı onu da bildirib ki, hazırda digər vaksin istehsalçıları ilə də danışıqlar aparılır. Ehtiyac olarsa, digər növ vaksinlərin də ölkəyə gətirilməsi mümkün olacaq.

TƏBİB rəsmisi deyib ki, hər bir vaksinin əlavə təsiri var: “Bizim COVİD-19-a qarşı ilkin mərhələdə seçdiyimiz inaktiv vaksinlərin əlavə təsirləri daha azdır. Bu əlavə təsirlər baş ağrısı, yüngül qızdırma, bəzən isə halsızlıq ola bilər. Azərbaycanda istifadə edilməyə başlanılan vaksinlər Türkiyədə 1 milyondan çox həkimə vurulub və heç bir əks təsir aşkarlanmayıb. Ölkəmizə gətirilən hər bir vaksin laboratoriya sınaqlarından sonra qəbul edilir. Ölkəmizə gətirilən vaksin seriyası da Türkiyə Səhiyyə Nazirliyinin Əczaçılıq Qurumunun laboratoriyalarında iki həftəlik analiz proseslərindən keçib. Əlimizdə onların bütün analizlərdən uğurla keçməsi barədə rəsmi məlumatlar var. Anlaşmaya uyğun olaraq, bundan sonrakı vaksin partiyaları da belə gətiriləcək”.

R.Bayramlı qeyd edib ki, hər bir şəxs peyvənd ediləndən sonra 30 dəqiqə ərzində həkim nəzarətində saxlanılır və onun vəziyyəti müşahidə olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma