Gələn həftədən vaksinasiya necə həyata keçiriləcək və hansı vaksinlərdən istifadə ediləcək?

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın dövlət rəsmilərinin iştirakı ilə növbəti brifinqi keçirilib.

TIME bildirir ki, brifinqdə çıxış edərək  Prezidentin köməkçisi Şahmar Mövsümov Azərbaycanda yanvarın 18-dən koronavirsa qarşı vaksinasiyanın başlayacağını elan edib.

Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib ki, COVID-19 əleyhinə vaksinlərin əsas seçim meyarları təhlükəsiz və effektliv olması olub və  Azərbaycanda Çin istehsalı olan Sinovac vaksinindən istifadə edilməsi məqsədəuyğun hesab edilib.

O bildirib ki, hazırda dünyada 3-cü faza klinik sınaqlarda olan, klinik sınaqları bitən vaksinlərin sayı 7-dir: “Onlar müxtəlif platformalarda hazırlanır. Dünyada istifadə olunan əksər vaksinlərin insan bədəninə tətbiq edilməsində ikili doza istifadə olunur. Aktiv istifadədə olan vaksinlərin kifayət qədər həcmli istehsalına başlanılıb”.

T.Musayev bildirib ki, koronavirus əleyhinə vaksinlərin alınması çoxtərəfli danışıqlar və birbaşa vaksin istehsalçıları ilə danışıqlar əsasında aparılır.

Onun sözlərinə görə, bunun üçün 4 milyon doza sifariş verilib: “Artıq 2 milyon doza Azərbayacana gətirilib”.

Şuşa şəhərində də vaksinlərin saxlanma məntəqələri qurulmaqdadır və vaksinasiya tədbirləri görüləcək.

Şahmar Mövsümov öz növbəsində bildirib ki, Azərbaycanda koronavirusadan ölənləin sayı digər ölkələrdə ölənləin sayından azdır: “Ancaq biz yenə də diqqətli olmalı və karantin qaydalarına əməl etməliyik. Vətəndaşlar vaksinasiya prosesində aktiv iştirak etməlidir ki, koronavirusa qalib gələk. Virusa qalib gəlməyin iki yolu var: karantin qaydalarına əməl etmək və peyvəndləmədə aktiv iştrak etməkdir. Biz karantin şərtlərini mərhələli şəkildə yumşaldacayıq. Ümid edirəm ki, bütün Azərbaycan xalqı peyvəndləmədə aktiv iştirak edəcək və biz bu yolla koronavirusa son qoyacağıq”.

Dövlət rəsmisinin sözlərinə əsasən, ilk mərhələdə tibb işçiləri vaksinasiya olunacaq: “Azərbaycanda koronavirusa qarşı vaksinasiya Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir. Azərbaycan vaksinasiyanı ilk başlayan ölkələr arasındadır, dünyada əksər ölkələr hələ vaksinasiyaya başlamayıb. Azərbaycan ən yüksək keyfiyyətli vaksinlərin əldə olunmasına nail olub”.

Ş.Mövsümov bildirib ki, yanvarın 18-dən vaksinasiya başlayacaq və tibb işçiləri vaksinasiyaya cəlb olunacaq: “Bu proses təqribən iki həftə davam edəcək. Növbəti mərhələdə, fevralın 1-dən, 2-ci mərhələ, yəni 65 yaşdan yuxarı olan vətəndaşların vaksinasiyası başlanılacaq”.

Brifinqdə COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları açıqlanıb, bu yuxarıda göstərildiyi kimi səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət olacaq: “Həmçinin, tibbi cəhətdən yüksək risk qrupuna daxil olanlar, tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunacaq”.

Vaksinasiya strategiyasının həyata keçirilməsi zamanı könüllülük, təhlükəsizlik, şəffaflıq, mərhələlilik, ədalətlilik, məsuliyyət, əməkdaşlıq əsas götürüləcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma