Bakıda havanın hərarəti mənfi dərəcələrək düşəcək, qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə yanvarın 17-də  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif  duman, çiskin olacaq. 

Mülayim cənub  küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz  10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 752 mm civə sütununa enəcək,  nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. 

Yanvarın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 1-5 dərəcə isti, gündüz  7-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.    

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i gündüzədək havanın kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. 

Beynəlxalq hidrometeoroloji xidmətlərin proqnozlarına əsasən Bakıda 19-21 yanvar tarixlərində qar yağacaq, havanln hərarəti -2 dərəcəyədək düşəcək, sonrakı günlər ərzində isə ayın sonunadək artaraq yenidən +10 dərəcə olacaq.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° aşağı enəcək. Yanvarın 20-21-də çovğun olacağı, 21-22-də isə gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.  Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, bəzi yerlərdə arabir  23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° aşağı enəcək. Çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var. 

Tibbi-meteoroloji proqnoz:

Yanvarın 17-də gündüz  Bakıda və Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.  

Havanın kəskin dəyişəcəyi barədə İlkin xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. 

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° aşağı enəcək. Yanvarın 20-21-də çovğun olacağı, 21-22-də isə gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.  Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-18 m/s, bəzi yerlərdə arabir  23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10° aşağı enəcək. Çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma