Zəfər muzeyinin yerləşəcəyi yer məlum oldu

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Trend-in verdiyi məlumata əsasən, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Bakının əsas prospektlərindən biri hesab olunan Nobel prospektində yerləşəcək. Sözügedən prospektlə Ağ şəhər bulvarı arasında olan boş ərazidə yeni park salınır ki, muzey və kompleksdə həmin parkda qurulacaq. Artıq bir neçə gündür ki, işlərə start verilib və Vətən müharibəsində ələ keçirilmiş düşmənin hərbi texnikaları əraziyə gətirilib.

İlkin ehtimallara görə, hərbi texnikalar açıq havada Bakı sakinləri və qonaqlar üçün nümayiş olunacaq.

Xatırladaq ki, dekabrın 3-də Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma