TOEFL iBT və GRE imtahanları nə vaxt və harada keçirilir?

2021-ci ildə Dövlət İmtahan Mərkəzində müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) beynəlxalq TOEFL iBT və GRE imtahanlarının keçirilməsini davam etdirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, imtahanlar DİM-in Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunur.

Əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədilə imtahanlar hər otaqda 5-10 nəfər olmaqla və iştirakçılar arasında sosial məsafə gözlənilməklə təşkil olunacaq. Bundan əlavə, 2020-ci ildə olduğu kimi, bu il də beynəlxalq imtahanların təşkili zamanı bir sıra digər ehtiyat tədbirlərinin tətbiq olunması nəzərdə tutulur.

Xatırladaq ki, DİM ABŞ-ın ETS təşkilatının dəstəyi ilə 2016-cı ilin dekabrından kompüter əsaslı TOEFL iBT, 2020-ci ilin martından isə GRE imtahanını təşkil edir.

Qeyd edək ki, digər beynəlxalq imtahanların tarixləri müəyyən olunduqdan sonra DİM-in saytının “Təqvim” bölməsinə əlavə olunacaqdır. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.

DİM-də keçirilməsi nəzərdə tutulan TOEFL iBT və GRE imtahanlarının tarixləri ilə aşağıdakı posterlərdən tanış olmaq mümkündür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma