“Nizami Gəncəvi İli” beynəlxalq səviyyədə keçiriləcək

“Nizami Gəncəvi İli” ICESCO çərçivəsində geniş şəkildə qeyd ediləcək.

Trend-in verdiyi məlumata əsasən, bu barədə yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, artıq İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə də bununla bağlı razılıq əldə edilib: “Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Əminəm ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq”.

Bununla yanaşı, ICESCO-nun Azərbaycanda regional mərkəzi açılacaq, bunu Mədəniyyət naziri Anar Kərimov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, regional mərkəz bir çox ölkələri əhatə edəcək. Mərkəzin bu il açılması nəzərdə tutulub.

Leave a ReplyCancel reply