“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi cari tədris ilində

2020-2021-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil qrupları ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilib. Ümumi sayı 500-ə çatan bu qruplardakı 9207 nəfər 3-4 yaşlı uşaqlarla 486 tərbiyəçi-müəllim çalışır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, cari tədris ilindən layihənin rəsmi saytı (www.icmalayihesi.edu.az) istifadəyə verilib. Saytda layihə, keçirilən təlimlər, müəllim və uşaqların qəbulu, məktəbəqədər təhsil barəsində ətraflı məlumatlar yer alır. Layihənin  rəsmi “Facebook” səhifəsi də (https://www.facebook.com/ieutm) aktivdir. Eləcə də, layihə çərçivəsində valideynlərin uşaqların məktəbəqədər dövrünə dair müxtəlif mövzularda maarifləndirilməsi məqsədilə “ilk5il” internet səhifəsi  və mobil tətbiqi də fəaliyyət göstərir.

Bu qruplarda çalışan tərbiyəçi-müəllimlərin iş keyfiyyəti və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqi üçün 21 mentor çalışır. Mentorlar sözügedən qruplarda tədris prosesi ilə yaxından tanış olur və tərbiyəçi-müəllimlərə lazımi dəstək göstərirlər.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, tərbiyəçi-müəllimlərin peşəkar inkişafı vebinar və videotəlimlər vasitəsilə həyata keçirilir. İndiyədək təşkil edilən vebinar və videotəlimlər əsasən “Oyun uşaq şəxsiyyətinin inkişafında aparıcı fəaliyyət kimi”, “Tərbiyəçilərlə valideynlər arasında ünsiyyətin xüsusiyyətləri”, “Məktəbəqədər yaşda olan uşaqların sosial-psixoloji adaptasiyası”, “Uşaqlarda erkən inkişafın qiymətləndirilməsi”, “Uşaqlarda düzgün oxu vərdişləri necə formalaşdırılmalıdır?” və digər bu kimi mövzuları əhatə edib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma