Sabah hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, şimal-şərq küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Yanvarın 12-də Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.  

Tibbi-meteoroloji proqnoz:

Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma