Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya fəaliyyətə başlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiya yanvarın 11-dən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyətə başlayıb.
Komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək.