“Avroviziya-2021” müsabiqəsi üçün mahnı qəbuluna başlanılıb

“Avroviziya-2021” üçün mahnı seçimində iştirak etmək istəyənlər yanvarın 19-a qədər öz mahnılarını təqdim edə bilərlər.

Trend-in verdiyi məlumata əsasən, mahnı seçimində iştirak etmək istəyənlər mahnılarını song@eurovision.az elektron ünvanına göndərə bilərlər.

Azərbaycanda rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək mahnının seçiminə dair şərtlərini də açıqlayıb.

Şərtlərdə bildirilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Avropa Yayım İttifaqının (EBU) şərtlərinə əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2020-ci il sentyabrın 1-dən əvvəl ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

Qeyd edək ki, mayın 18, 20 və 22-də Rotterdamda baş tutacaq “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi “Efendi” adlı ifaçı təmsil edəcək.

Müsabiqədə Azərbaycan nümayəndə heyətinin rəhbəri isə bəstəkar İsa Məlikovdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma